Bankda 6 nəfəri girov götürən silahlı şəxs öldürüldü

Bankda 6 nəfəri girov götürən silahlı şəxs öldürüldü

Moskvada bankda 6 nəfəri girov götürən silahlı şəxs xüsusi təyinatlılar tərəfindən öldürülüb.

APA-nın məlumatına görə, bu barədə TASS agentliyinə hüquq-mühafizə orqanlarından bildirilib

“Xilasetmə əməliyyatı zamanı silahlı müqavimət göstərən şəxs məhv edilib. Girovlar azad olunub”, deyə mənbə bildirib”.

Məlumata görə, külli miqdarda pul istəyən cinayətkar bank binasını partladacağı barədə hədə-qorxu gəlib.

Qeyd edək ki, hadisə “Moskva kredit bankı”nın  Pervomayskaya küçəsindəki filialında qeydə alınıb.

0
19