Azərbaycan dünyada ən çox “çay sevən” ölkələr sırasında

Azərbaycan dünyada ən çox “çay sevən” ölkələr sırasında

Ölkə əhalisinin 99,1%-i çay içməyə üstünlük verir.

Euromonitor International mərkəzinin keçirdiyi sorğuya əsasən Azərbaycan əhalisinin böyük əksəriyyəti çay içməyə üstünlük verir, The Independent nəşri yazır.

Oxu.Az xəbər verir ki, bu məlumatlar “Çay, yoxsa kofe” adlı tədqiqatın yekunlarında öz yerini tapıb. 

“Çay ölkələri” arasında Özbəkistan lider olub (ölkə əhalisinin 99,6% çay içməyə üstünlük verir). Qvatemalada isə əksinə, əhalinin 99,6%-i kofe içir.

Çay içməyə ən çox üstünlük verən ölkələr Keniya (99,2%), Azərbaycan (99,1%), Pakistan (99%), Çin (98,9%) və Misirdir (98,5%).

Kofeyə isə Dominikan Respublikası (99%), Braziliya və Ekvador (97,4%), Yunanıstan (96,8%) və Danimarkanın əhalisi daha çox üstünlük verir.

0
13