Minaaxtaranlar cəbhəyanı kəndləri təmizləyirlər - FOTO

Minaaxtaranlar cəbhəyanı kəndləri təmizləyirlər - FOTO

Əməliyyatlar davam etdirilir.

Tərtər, Füzuli və Ağdam rayonlarında 16 partlayış yerinə baxış keçirilib. 

Bu barədə Oxu.Az-a Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) bildiriblər.

Tərtər rayonu

Əskipara kəndi - 4 ev və həyətyanı sahədə 5 partlayış yerinə baxış keçirilib, 19 000 kv.m ərazi yoxlanılıb.

Cəmilli kəndi - 2 ev və həyətyanı sahədə 2 partlayış yerinə baxış keçirilib, 12 700 kv.m ərazi yoxlanılıb.

Qazyan kəndi - 1 əkin sahəsində 3 partlayış yerinə baxış keçirilib, partlamamış sursat aşkar edilməyib. Təhlükəsizlik tədbirlərini nəzərə alaraq 530 kv.m ərazi yoxlanılıb.

Cəmi: 6 ev və həyətyanı sahəyə, 1 əkin sahəsinə, 10 partlayış yerinə baxış keçirilib, 32 230 kv.m ərazi təmizlənib.

Ağdam rayonu

Çəmənli kəndi - 1 ev və həyətyanı sahədə, 2 əkin sahəsində 6 partlayış yerinə baxış keçirilib və nəticə etibarilə 16 000 kv.m ərazi yoxlanılıb.

Füzuli rayonu

Şükürbəyli kəndi - 2 otlaq sahəsində 2 partlayış yerinə baxış keçirilib, nəticə etibarilə 655 kv. m ərazi yoxlanılıb.

Mayın 18-də 7 ev və həyətyanı sahədə, 7 əkin sahəsi, 16 partlayış yerinə baxış keçirilib, gün ərzində 48 885 kv.m ərazi təmizlənib.

Ümumilikdə, ANAMA tərəfindən 7 aprel - 18 may 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında, Mingəçevir və Bakı şəhərlərində 496 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 3 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 14 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib, 1 422 ədəd partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina (PMN), 2 ədəd piyada əleyhinə POMZ-2 və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

0
18