Dünyanın ən uzun matçı başladı

Dünyanın ən uzun matçı başladı

Çilidə qeyri-adi futbol matçına start verilib.

Apasport.az saytının “Reuters” agentliyinə istinadən məlumatına görə, bir qrup futbol azarkeşi tərəfindən təşkil edilən oyunun nə az, nə çox, düz 120 saat davam etməsi planlaşdırlıb.

Bununla çilili futbolsevərlər “Ginnesin rekordlar kitabı”na düşməyi hədəfləyiblər. Qeyd edək ki, bu zamana qədər ən uzun davam edən oyun 105 saat olmuşdu və 2015-ci ildə Şotlandiyada təşkil edilmişdi.

Budəfəki matçda 3000 adamın iştirak edəcəyi gözlənilir. Oyunun iştirakçıları arasında peşəkar futbolçular da olacaq. “Universidad Katolik”in qapıçısı Kristofer Toselli və “Audaks İtalyano”nun yarımmüdafiəçisi Brayan Karrasko da möhtəşəm futbolfestivalının iştirakçıları arasında olacaqlar.

0
13