İraqda İŞİD-in iki komandiri məhv edildi

İraqda İŞİD-in iki komandiri məhv edildi

Yaraqlılar Cuba yaşayış məntəqəsinin azad edilməsi əməliyyatı zamanı öldürülüblər.

İraqda İŞİD terror qruplaşmasının iki komandiri zərərsizləşdirilib.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Yaxın Şərqdəki komandanlığının nümayəndəsi Stiv Uorren məlumat verib.

Məlumata əsasən, zərərsizləşdirilən yaraqlılar zəhərli kimyəvi maddələrin istifadə olunması ilə terror aktlarının təşkilində və həyata keçirilməsində iştirak ediblər.

Stiv Uorrenin sözlərinə görə, Əbu Həmza və Əbu Sufiyə mayın 13-də Cuba yaşayış məntəqəsinin azad edilməsi əməliyyatı zamanı məhv ediliblər.

Əbu Həmza Nazariya və Cuba rayonları arasında İŞİD bölmələri arasında əlaqələrin qurulmasına, onların döyüşçülərlə təmin edilməsinə və Fərat çayın vadisində maliyyə işlərinə baxırdı. O, həmçinin 2000-ci ildə “İraq azadlığı” əməliyyatı zamanı amerikalılara qarşı terror aktları planlaşdırıb və təşkil edib.

İkinci komandir isə Cuba rayonunda bir sıra kimyəvi hücumlara görə məsuliyyət daşıyırdı.

0
13