Səfir: İsrail Azərbaycanın həqiqi dostudur

Səfir: İsrail Azərbaycanın həqiqi dostudur

“Biz Azərbaycanla münasibətlərə böyük önəm veririk”.

İsrail Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.

Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, bunu İsrailin Azərbaycandakı səfiri Dan Stav deyib.

Onun sözlərinə görə, İsrail öz təcrübəsindən çıxış edərək, münaqişələrin sülh yolu ilə həllinə tərəfdardır:

“İordaniya və Misirlə olan müharibə təcrübəmizdən çıxış edərək bildiririk, bu, ən düzgün yoldur”.

Səfir İsraillə Azərbaycana arasında çoxşaxəli, hər iki ölkə üçün faydalı əməkdaşlığın mövcud olduğunu qeyd edib: 

“Bu əməkdaşlıq 1991-ci ildən - Azərbaycanın müstəqilliyinin tanınması ilə başlayıb. Azərbaycan və İsrail əsl dost ölkələrdir. Azərbaycan çox vacib ölkə, birgə yaşayış modelidir”.

Dan Stav həmçinin qeyd edib ki, İsrail öz siyasətinə uyğun olaraq heç bir ölkə ilə hərbi əməkdaşlığı barədə fikir bildirmir.

O bildirib ki, İsrail Azərbaycanla hər iki xalq üçün faydalı olan əlaqələri genişləndirmək və dərinləşdirmək istəyir: 

“İsrail Azərbaycanın həqiqi dostudur. Biz Azərbaycanla münasibətlərə böyük önəm veririk”.  

Qeyd edək ki, İsraillə Azərbaycan arasında hərbi-texniki sahədə də geniş əməkdaşlıq mövcuddur. Aprelin əvvəllərində cəbhədə baş verən döyüş toqquşmalarında Azərbaycan Ordusu erməni mövqelərinə İsraildən aldığı pilotsuz uçan aparatlar və digər silahlardan ağır zərbələr endirmişdi.

Bu fakt Ermənistan tərəfində ciddi ajiotaj yaratmış, müzakirələrə səbəb olmuşdu. Bunun ardınca isə İsrailin Azərbaycana silah və texnika satışını dayandırdığına dair məlumatlar yayılmışdı.

0
10