Xocahəsən yolu təmir olunur – VİDEO + FOTO

Xocahəsən yolu təmir olunur – VİDEO + FOTO

Təmir-bərpa işlərinin bir neçə gün ərzində davam etdirilməsi planlaşdırılır.

Xocahəsən avtomobil yolunda cari təmir işləri aparılır.

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətindən Oxu.Az-a verilən məlumata görə, təmir işləri çərçivəsində yolun köhnə asfalt-beton örtüyünün qabarmış və dağılmış hissələri frez maşınları vasitəsi ilə qaşınaraq kənara daşınır. Təmizlənmiş hissələrə isə yeni asfalt-beton örtüyü döşənir.

Təmir-bərpa işləri tərtib olunmuş qrafikə uyğun aparılır və vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

Qeyd edək ki, Xocahəsən avtomobil yolunda aparılan cari təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılır.

Təmir-bərpa işlərinin bir neçə gün ərzində davam etdirilməsi planlaşdırılır. Bu üzdən sözügedən yolda sıxlığın yaranmaması üçün sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq öncədən alternativ yollar seçməklərini tövsiyyə olunur.

0
26