Qamova karyerasını bitirdi

Qamova karyerasını bitirdi

Dünya voleybolunun canlı əfsanəsi, Rusiya millisinin üzvü Yekaterina Qamova karyerasını başa vurduğunu elan edib. Lent.az-ın qol.az-a istinadən verdiyi məlumata görə, bu haqda o, “Matç TV”yə müsahibəsində deyib.

“Azarkeşlərə, məşqçilərimə, ailəmə təşəkkür edir və idman karyeramı başa vurduğumu açıqlayıram. Hər şey son günlərdə baş verdi. Millinin məqşçisi ilə söhbətdən sonra bu qərarı verdim” - deyən Qamova təkcə milli deyil, klubdakı karyerasını da başa vurub.

Qeyd edək ki, ikiqat dünya, iki dəfə də Olimpiya Oyunlarının bürünc müfakatçısı olan Qamovanın ötən ay hazırkı klubu “Dinamo” ilə müqaviləni uzatmayacağı haqda xəbər yayılmışdı.

0
24