İradə İbrahimovadan yeni xəbər - Bunu bir daha etdi

İradə İbrahimovadan yeni xəbər - Bunu bir daha etdi

Müğənni İradə İbrahimova illər öncə ifa etdiyi “Neyləyək” mahnısını yeni aranjimanda səsləndirib. Lent.az-ın məlumatına görə, ifaçı sözügedən bəstəyə yaxın günlərdə klip çəkdirəcək. Ekran işinin rejissorluğunu Gülşən Aybaba edəcək.

İ.İbrahimova mahnı ilə bağlı fikirlərini bölüşüb: “Bakıda olan zaman mahnını lentə yazdırdım. Fərqlilik istəyirdim, oldu. Vaqif Gərayzadə və Samir Şirinov bu bəstənin yenidən hazırlanmasında mənə dəstək oldu. Gülşən Aybaba ilə çalışmaq mənə rahat olduğundan, üçüncü klipimi də ona həvalə etdim. Klipdə süjet xətti olmayacaq. Sadə və gözəl ekran işi olsun istəyirəm. Çəkilişlər Türkiyədə olacaq”.

Xatırladaq ki, Türkiyənin məşhur komediya aktyoru Cem Yılmaz "Ali Baba və 7 Cücələr" filmində sözügedən mahnıdan bir parça səsləndirib.

0
13