Türkiyə baş naziri vəzifəsinə namizədin adı açıqlandı

Türkiyə baş naziri vəzifəsinə namizədin adı açıqlandı

Mərkəzi İdarə Heyətinin iclası sabah saat 11.00-da baş tutacaq.

Ədalət və İnkişaf Partiyasının Mərkəzi İdarə Heyətinin iclasından sonra baş nazir və partiya sədrliyinə namizədin adı açıqlanacaq.

Oxu.Az Milliyət.com-a istinadən xəbər verir ki, hYıldırım olacağı gözlənilir.

AKP-nin mühüm konqresinə sayılı günlər qaldığı halda, “Baş nazir kim olsun?” sualına bu dəfə millət vəkilləri, nazirlər, təşkilat üzvləri, Mərkəzi İdarə Heyətinin üzvləri, bələdiyyə sədrləri və məclis sədrləri cavab verib.

Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Binəli Yıldırım bu cavablar arasında adı ən çox çəkilən oldu. Millət vəkilləri və namizədlərin əksəriyyəti onun namizədliyini dəstəkləyiblər.

Mərkəzi İdarə Heyətinin iclası sabah saat 11.00-da baş tutacaq. İclasdan sonra baş nazir və partiya sədrliyinə namizədin adı açıqlanacaq.

0
10