Milli Qolf Klubunda yay mövsümünün açılış tədbiri keçiriləcək

Milli Qolf Klubunda yay mövsümünün açılış tədbiri keçiriləcək

Tədbirdə sizi əyləncə dolu proqram və “Tee Cafe”nin furşeti gözləyir.

Quba şəhərində yerləşən Milli Qolf Klubunda “Green Summer Season” Yay mövsümünün açılış tədbiri keçiriləcək.

Oxu.Az xəbər verir ki, tədbir m-də, saat 16:00 başlayır.

Tədbirdə sizi müxtəlif oyunlar, əyləncə dolu proqram və Quba Qolf Klubunda “Tee Cafe”nin furşeti gözləyir.

Özünüzü və ailə üzvlərinizi qolfda sınamaq, Qolf Klubun ecazkar təbiəti ilə seçilən və “Rixos” otelin ərazisində gəzintinin dadını çıxarmaq istəyirsinizsə, bu tədbiri qaçırmayın. Qonaqlarımız üçün fotoçəkiliş, qolf kartlarla gəzintilər ödənişsiz təşkil olunacaq. Dəvət olunmuş DJ Kanan və DJ RYSTAM əvəzedilməz musiqiləri ilə tədbirimizə gözəllik qatacaq. 

Golf yaşam tərzidir! Bizimlə olun, həyat tərzinizi dəyişin.

Transport və əlavə məlumat üçün: Tel: +99450 404 28 80

info@gubagolfclub.com

insta: tnagc

0
16