Valovaya: Azərbaycan Avrasiya İqtisadi İttifaqına üzv ola bilər

Valovaya: Azərbaycan Avrasiya İqtisadi İttifaqına üzv ola bilər

“Yerevan və Bakı arasındakı münaqişə gec-tez həllini tapacaq”.

Hər hansı ölkənin Avrasiya İqtisadi İttifaqına qəbulu konsensus əsasında keçirilir.

Oxu.Az bu barədə erməni jurnalistləri ilə Moskvada bunu Avrasiya İqtisadi Komissiyasının inteqrasiya və makroiqtisadiyyat üzrə naziri Tatyana Valovaya rusiyalı məmurların Azərbaycanın quruma mümkün üzvlüyü ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib.

Valovayanın sözlərinə görə, Rusiya da, Qazaxıstan da, Belarus da hansısa ölkənin Avrasiya İqtisadi İttifaqının üzvü ola bilməsi barədə bəyanat verə bilər.

Və heç kim Ermənistana “İran da Avrasiya İqtisadi İttifaqı üzvü olsaydı, pis olmazdı” deməyi qadağan edə bilməz.

“Azərbaycan Avrasiya İqtisadi İttifaqına qəbul edilməməlidir” kimi emosional bəyanatlar verməyə ehtiyac yoxdur. Ermənistanla Azərbaycan arasındakı münaqişə gec-tez həllini tapacaq və yeni imkanlar peyda ola bilər.

İstənilən üzv ölkə normal iqtisadi-ticarət münasibətlərinin olduğu dövlətlə bağlı mövqeyini bildirə bilər. Lakin bu, o demək deyil ki, kimsə bu və ya digər məsələ ilə bağlı digərinə təzyiq göstərə bilər”, - Tatyana Volovaya bildirib.

Eyni zamanda nazir vurğulayıb ki, Avrasiya İqtisadi İttifaqı hazırda tərkibinin genişləndirilməsinə dair danışıqlar aparmır.

0
22