"Türkiyədə Bakı-Tbilisi-Qars layihəsi üzrə işlər ləngiyir" - Cavid Qurbanov

"Türkiyədə Bakı-Tbilisi-Qars layihəsi üzrə işlər ləngiyir" - Cavid Qurbanov

"Azərbaycan və Gürcüstan ərazisindən keçən Bakı-Tbilisi-Qars dəmir yolu sahəsində işlər demək olar ki, sona çatıb. Biz teplovozlar və lokomotivlərlə yük daşımağa hazırıq. Çatışmazlıqlar sentyabrın axırınadək həllini tapacaq.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Tbilisidə səfərdə olan "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov bildirib.

Onun sözlərinə görə, Bakı-Tbilisi-Qars layihəsi üzrə işlərin 90%-i başa çatıb: "Yol tam qaydasındadır, artıq istismara verilə bilər. Layihə üzrə elektrik təsərrüfatında 60%-dək işlər görülüb. Rabitə və işarəetmə təsərrüfatında işlər tam yerinə yetirilib, həmçinin tuneldə işlər davam edir. Axalkalaki və sərhəd stansiyalarında işlər yekunlaşmaq üzrədir. Bu yaxınlarda Ukraynadan yeni ağır yükgötürmə kranları alınacaq. Bir çatışmazlıq var ki, bu da Türkiyə tərəfdə layihə üzrə işlərin ləngiməsidir. Ayın 22-də mən Türkiyəyə səfər edəcəyəm və bu məsələ ilə bağlı Türkiyənin nəqliyyat naziri ilə fikir mübadiləsi aparacağam. Hesab edirəm ki, Türkiyə tərəfi söz verdiyi kimi, layihənin Türkiyə hissəsində işlər bu ilin sonunadək başa çatacaq".

0
28