Rusiyalılar yay səfərləri üçün Bakını seçirlər

Rusiyalılar yay səfərləri üçün Bakını seçirlər

Reytinq mehmanxana bronları əsasında tərtib edilib.

Azərbaycanın paytaxtı rusiyalı turistlər arasında 2016-ci ilin yay səfərləri üçün ən populyar 5 şəhərin sırasına daxil olub.

Oxu.Az xəbər verir ki, bu barədə “Travel.ru” turistik servis məlumat yayıb.

Məlumata görə, Bakı və Minsk rusiyalı turistlərin yay səfərləri üçün ən ucuz şəhərlər olub (bir sutka üçün orta hesabla 45 avro), ən bahalı paytaxt isə London olub (200 avrodan çox).

Travel.ru-nun məlumatına görə, rusiyalılar yay səfərləri üçün 10 populyar şəhər siyahısına Praqa, Minsk, Paris, Riqa, Bakı, Tallin, Roma, Barselona, Helsinki və London daxildir.

Reytinq mehmanxana və apartamentlərin iyunun 1-dən avqustun 31-nə qədər olan müddət ərzində turistlər və müstəqil səyahətçilər tərəfindən edilən bronlar əsasında tərtib edilib.

0
16