Çavuşoğlu Lavrova müraciət etdi

Çavuşoğlu Lavrova müraciət etdi

“Əgər Rusiya Türkiyə tərəfindən İŞİD-ə dəstək göstərildiyini sübut edərsə, mən istefa verməyə hazıram”.

Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu Türkiyənin “İslam dövləti” terror qruplaşması ilə əlaqəsi təsdiq edildiyi halda, istefaya getməyə hazır olduğunu bildirib. 

Oxu.Az bu barədə Anadolu agentliyinə istinadən xəbər verir.

“Cənab Lavrov, siz ciddi diplomat və bu iclasın iştirakçıları arasında ən təcrübəlisiniz. Ona görə də hesab edirəm ki, siz belə cəfəngiyyatı ciddiyə almamalısınız. Əgər Rusiyanın İŞİD-in Türkiyə tərəfindən dəstəkləndyinə dair heç olmasa bir sübutu varsa, mən istefa verməyə hazıram. Əgər yoxdursa, o zaman siz ömrünüzün sonuna qədər Antalyada qonaq olacaqsınız”, - Çavuşoğlu Vyanada bildirib.

O, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın, Ankara və İŞİD-in əlaqəsinə dair məlumatları dəfələrlə təkzib etdiyi sözlərini xatırladıb və bu əlaqə sübut edildiyi halda, istefaya getməyə hazır olduğunu da bildirib.

Çavuşoğlu bu yaxınlarda Vyanada Suriyaya dəstək beynəlxalq qrupunun iclasında iştirak edib, iclasda Rusiya XİN rəhbəri Sergey Lavrovun Ankaranın İŞİD-i dəstəkləməsinə dair iddialarına kəskin narazılıq bildirib. Lavrov Vyanada mətbuat konfransında terror qruplaşması tərəfindən nəzarət edilən 90 km-lik Türkiyə-Suriya  sərhədi vasitəsilə İŞİD-i təchiz etmək üçün ciddi şəbəkənin olduğuna dair faktların mövcudluğunu bəyan edib.

0
19