>Malena Mard: Avropa İttifaqı Azərbaycanın ən böyük iqtisadi tərəfdaşıdır

>Malena Mard: Avropa İttifaqı Azərbaycanın ən böyük iqtisadi tərəfdaşıdır

“Aİ islahatların aparılması istiqamətində hökumətin göstərdiyi cəhdləri dəstəkləməyə hazırdır”.

Avropa İttifaqı Azərbaycanın ən böyük iqtisadi tərəfdaşıdır.

Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumatına görə, bu sözləri Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard ADA Universitetində 2-ci Aİ-Azərbaycan Biznes Forumunda deyib.

O bildirib ki, 25 ildir, Aİ-Azərbaycan əməkdaşlığı davam edir.

“Bu əlaqələr gündən-günə inkişaf edir. Azərbaycan qədim və zəngin ənənələri olan ölkədir. Azərbaycanda bir sıra iqtisadi islahatlar aparılır. Ölkə iqtisadiyyatını diversifikasiya etmək istiqamətində cəhdlər artır. 

Bu bazara marağı olan Avropa şirkətləri üçün daha çox imkan yaradır. Avropa İttifaqıölkədə ümumi ticarətin 44 faiz pay sahibidir. Azərbaycana birbaşa xarici investisiyanın ən böyük hissəsini təşkil edir. Aİ islahatların aparılması istiqamətində hökumətin göstərdiyi cəhdləri dəstəkləməyə hazırdır. 

Bu biznes forum şirkətlər arasında şəbəkələşməni və əlaqələri artıracaq, ticari-iqtisadi əlaqələri daha da dərinləşdirəcək. 300-ə yaxın Avropa şirkəti bu tədbirdə iştirak edir. Ümid edirəm ki, bu təşəbbüslər növbəti illərdə davam edəcək. Azərbaycanla ticarət və iqtisadi əlaqələrin inkişafına daim öz töhfəmizi verməyə hazırıq”, - deyə M.Mard bildirib. 

0
8