Röyanın qardaşı mahnı yazıb, oxudu - bu da klip

Röyanın qardaşı mahnı yazıb, oxudu - bu da klip

Əməkdar artist Röya Ayxanın qardaşı İsmayıl Nəcəfov ifa etdiyi “Qürur” adlı mahnıya klip çəkdirib. Bu barədə Lent.az-a İ.Nəcəfovun özü məlumat verib. O bildirib ki, söz və musiqisi özünə məxsus olan mahnının ərsəyə gəlməsi xeyli vaxt aparıb: “Xeyli vaxt idi ki, bu mahnıya klip çəkmişdik. Lakin təqdim etməyimiz müəyyən səbəblərdən yubanırdı. Bu klipimin yaxşı ərsəyə gəldiyinə əminəm. Yaradıcılıq işlərim bununla bitmir. Qarşıda bir neçə işlərim də var. Bir müğənni olaraq özümə çox güvənirəm”.

Qeyd edək ki, “Qürur” adlı bəstənin aranjemanı Soner Nokay, klipin rejissoru isə Buğra Karacamdır.

0
67