Nazir müavini: Bəzi supermarketlər 40%-ə qədər dövriyyəni gizlədir

Nazir müavini: Bəzi supermarketlər 40%-ə qədər dövriyyəni gizlədir

“Bunu deyən insanlar anlamalıdırlar ki, bəs büdcə nə ilə doldurmalıdır”.

Qəribə bir situasiya ilə rastlaşmışıq. Ticarət şəbəkəsində fəaliyyət göstərən iri supermarketlər vergi güzəştləri istəyirlər. Vergilər naziri Fazil Məmmədov birmənalı olaraq bu məsələyə mövqeyini bildirib. O bildirdi ki, supetmarketlər ƏDV -dən niyə azad olunmalıdır ki?. Onlar bu məsələni kənd tədərrüfatı məhsulları ilə bağlayırlar. Kənd təsərrüfatı məhsullarına bunun adiyyatı azdır. 

Oxu.Az xəbər verir ki, bu sözləri Vergilər nazirinin müavini Sahib Ələkbərov bu gün keçirilən mətbuat konfransında deyib.

“Hər biriniz mağazaya gedirik. Əgər siz istənilən supermarketə getsəniz, ərazisi 1000 kv metr olan supermarketin, 50-60 maxsimum 100%-ində kənd təsərrüfatı məhsulları, qalan hissədə isə başqa bir məhsul satılır.

Burda nə baş verir? Bəzən deyirlər ki, filan rayonda mağazalar bağlanır. Bəs biz hardan çörək alır, hardan ərzaq məhsullları alırıq? və yaxud deyirlər Vergi və Gömrüyün hesabına büdcəmi doldurmaq olar? Bunu deyən insanlar anlamalıdırlar ki, bəs büdcə nə ilə doldurmalıdır?

Dünyada 200-dən artıq dövlət mövcuddur. Onların 60-da neft var ya yoxdur. Qalan hissə yalnız vergilərin hesabına büdcə doldurulur. Bizdə də yaxın vaxtlarda belə olacaq. İstiqamət də bunadır”.

Onun sözlərinə görə, vergi güzəştləri tələb edən supermarketlərin bəziləri maksimum  40%-ə qədər dövriyyəni gizlədib.

0
19