Mübariz Qurbanlı: İslam aləmində baş verənlər bizə də təsir edir

Mübariz Qurbanlı: İslam aləmində baş verənlər bizə də təsir edir

“Dini radikal qruplardan geopolitik maraqlar naminə də istifadə olunur”.

Azərbaycan İslam dünyasının bir parçasıdır və İslam aləmində baş verən hadisələr istər-istəməz bizə də təsir edir.

Oxu.Az “Report”-a istinadən xəbər verir ki, bunu Prezident yanında Dövlət İdarəçilk Akademiyasında “Fitnə” filminin təqdimatı zamanı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Komitə sədri bildirib ki, dini radikal qruplardan geopolitik maraqlar naminə də istifadə olunur: 

“Bəzi qüvvələr dini radikal qruplardan geopolitik maraqlar naminə də istifadə edir. Ona görə də dövlət-din münasibətlərində İslami dəyərlərimizi qorumaqla bərabər, dini radikalizmə qarşı mübarizəni bütün vasitələrlə gücləndirməliyik”.

0
16