Bakıda ilk müəllif mətbəxli restoran

Bakıda ilk müəllif mətbəxli restoran

Restoranın səhifələrini şef Andrey Orlov özü aparır!

“Intourist Baku” Facebook-daInstagram-da

Dünyanı səyahət edərkən çoxumuz yeni, mötəbər yeməkləri dadmağı, təamlar və qeyri-adi qarışıqları sınaqdan keçirməyi sevirik. Bir çox hallarda səyahətçinin yaddaşında məhz bu cür xatirələr qalır. Bəzən də onlar təkrarolunmaz yeməklərdə öz təcəssümünü tapır!

Yenilənmiş Intourist müəllif restoranında böyük şəxsi qastronomik səyahətinizə baş vura bilərsiniz: həm tanış və doğma, həm də naməlum dadlara. “Intourist”də dörd mətbəx təqdim olunub: bakılıların adət etdiyi Qafqaz, slavyan və bir çoxlarına tanış olmayan Baltikyanı və Mərkəzi Asiya mətbəxi. Qeyri-adi yeməklər dünyasına səyahətə brend-şef Andrey Orlov başçılıq edir.

Uşaqlığın “dadlı xatirələri” və keçmiş SSRİ republikaları: Riqa və Tallin, Minsk və Daşkənd, Moskva və Səmərqənd, Tbilisi və Kiyev, Ufa və nəhayət ki, Bakıya ekspedisiyaları Andreyi müəllif mətbəxini yaratmağa ilhamlandırdı.

Bu səyahətdə Andrey ən peşəkar aşpazlardan bişirməyi öyrənməklə yanaşı, həm də bazarlara və yerli sakinlərin evinə qonaq gedirdi. Ölkənin ruhunu daha yaxşı duymaq üçün mütləq onun mətbəxini dadmaq və anlamağa çalışmaq lazımdır! 

Bir il çəkən ekspedisiyanın nəticəsi: özünə həm hamının sevimlisi olan şah-plovu və xüsusi qoğallı borşu, həm də Bakının hələ görmədiyi naməlum Mərkəzi Asiya və Baltikyanı mətbəxinin yeməklərini daxil edən müəllif menyusu. Reseptlərdən əlavə, baş-aşpaz özü ilə ətirli ədviyyatlar gətirib! Buna görə də yeməklərin tamı eynilə öz vətəni – Tallin və Daşkənddəki kimidir.


 

Elə bilirsiniz ki, bütün bu nadir qurman tamları çox bahadır? Heç də elə deyil! Intourist restoranında istənilən yeməyin qiyməti cəmi 10 manatdır. Baş-aşpaz və onun əsərləri ilə tanış olmaq üçün bu ünvana gəlin: Mikayıl Useynov küçəsi 51, “Intourist” mehmanxanası. 
Masa sifarişi üçün nömrələr: (012) 310 33 10.

Restoranın yeniliklərindən xəbərdar olmaq üçün Sizə “Intourist”in Facebook və Instagram səhifələrini izləməyi tövsiyə edirik. Yeri gəlmişkən, restoranın səhifələrini şef Andrey Orlov özü aparır!

0
23