İki azərbaycanlıya ömürlük həbs - RUSİYADA

İki azərbaycanlıya ömürlük həbs - RUSİYADA

Rusiyanın Vladimir vilayət məhkəməsi iki azərbaycanlı barədə ömürlük həbs qərarı çıxarıb. Lent.az-ın  yerli telekanala istinadən məlumatına görə, Azad Məmmədov və Cəfər Mirzəyev bir neçə qətldə, dələduzluqda, qeyri-qanuni mənzil ələ keçirməkdə ittiham olunurlar.

Məlumata görə, 2009-cu ildə  Azad Məmmədovun cinayətkar dəstə yaradaraq 4 il ərzində çoxsaylı qətl və mənzil mənimsəmələri törətməsi məhkəmə tərəfindən sübut olunub. Onun qurbanları isə əsasən kasıblar, xəstələr, alkoqoliklər imiş.

Məhkəmə dəstənin digər üzvləri, Həmid Cahangirov,  Saidmahmud Abrorov, Yelena Yakimova, Mariya Razumova, İrina Kritskaya, İbrahim və Elçin Məmmədovlar barəsində də 4 ildən 17 ilədək hökm çıxarıb.

0
16