Faiq Ağayev “Ay Laçın”ı təqdim etdi – VİDEO

Faiq Ağayev “Ay Laçın”ı təqdim etdi – VİDEO

“24 illik həsrət, yanğın, ayrılıq...”.

Xalq artisti Faiq Ağayev özünəməxsus tərzdə səsləndirdiyi “Ay Laçın” adlı xalq mahnısını təqdim edib.

Oxu.Az xəbər verir ki, müğənni yeni ifasını Laçının işğalından 24 il keçməsinə həsr edib. 

F.Ağayev sosial şəbəkədə bu gün təqdim etdiyi ifasına “24 illik həsrət, yanğın, ayrılıq...” şərhini yazıb.

Qeyd edək ki, bu gün Laçın rayonunun işğalından 24 il keçir. 1992-ci il mayın 18-də Ermənistan Silahlı Qüvvələrinin Laçın rayonunu ələ keçirməsi ilə Dağlıq Qarabağ “de-fakto” Ermənistana birləşdirilib.

İşğal nəticəsində Laçında 1 şəhər, 1 qəsəbə və 120 kənd düşmən əlinə keçib, 264 nəfər şəhid olub, 65 nəfər girov götürülüb, 103 nəfər əlil olub. Rayon üzrə 1 yaşdan 16 yaşadək 24374 uşaqdan 18-i şəhid, 225 nəfəri əlil olub, 31-i hər iki valideynini itirib, 64 min nəfər məcburi köçkünə çevrilib. Rayon ərazisindəki 133 iri və orta müəssisə, 20 tibb müəssisəsi, 217 mədəniyyət ocağı, 40-dək mədəni və tarixi abidə, onlarla təhsil müəssisəsi hazırda işğal altındadır.

0
272