(R) AGBank –la əmanətləriniz indi daha sərfəli

(R) AGBank –la əmanətləriniz indi daha sərfəli

Ölkənin aparıcı banklarından AGBank yeni “Sərfəli əmanət” növünü təqdim edir. Bank fiziki şəxslərin manatla yerləşdirilən müddətli əmanətlərinə daha yüksək faiz dərəcəsi tətbiq edir. İndi əmanətlər üzrə maksimal illik faiz dərəcəsi 12 faiz-lə hesablanır.Bank sizə minimum 3 ay, maksimum 12 ay müddətlə 100 AZN/USD/EUR başlayaraq istədiyiniz məbləğdə depozit yerləşdirmək imkanı verir. Müddətin ilk yarısınadək əlavə vəsaitin qoyuluşuna imkan verilir və faizlər aylıq ödənilir . Yeni “Sərfəli Əmanət” lə müştərinin istəyi ilə əmanət üzrə faizlərin ödənişi üçün pulsuz Maestro (Deposit) kartı və ya  əmanətin məbləğindən asılı olaraq pulsuz plastik kart və SMS Bankinq xidmətinə qoşulma rəsmiləşdirilir.  Eyni zamanda  AGBank-a qoyulmuş depozitlər, Əmanətlərin Sığortalanması Fondunun şərtlərinə uyğun olaraq sığortalanır. Qeyd edək ki,  2016-cı il fevralın 1-dən etibarən 3 il müddətində yerli bank və xarici bankın Azərbaycanda fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri gəlir vergisindən azad edilir.

 1992-ci ildə təsis olunan “AGBank” ASC ötən ay nizamnamə kapitalını 77,2 milyon manat artırıraq 102,2 milyon manata çatdırıb.  Hazırda 19 filial, 1 şöbə və Bakı, Sumqayıt, Gəncə, Yevlax, Bərdə, Şamaxı, Şirvan və Salyanda yerləşən 71 bankomatla xidmətinizdədir. Bank yaxın günlərdə müştərilərin rahatlığına hesablanmış  yeni məhsullar  təqdim etməklə yanaşı bir sıra innovativ layihələr də həyata keçirəcək.

0
16