Xocahəsən avtomobil yolunda hərəkət qismən məhdudlaşdırılır

Xocahəsən avtomobil yolunda hərəkət qismən məhdudlaşdırılır

“Azəravtoyol” məlumat yaydı.

Xocahəsən avtomobil yolunda hərəkət qismən məhdudlaşdırılır.

“Azəravtoyol” ASC-nin Mətbuat Katibliyindən Oxu.Az-a daxil olan məlumata görə, Xocahəsən avtomobil yolunda asfalt-beton örtüyünün dağılmış hissələrinin təmiri işləri ilə əlaqədar bu gündən etibarən bir neçə gün ərzində avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq.

Sözügedən yolda sıxlığın yaranmaması üçün sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq öncədən alternativ yollar seçməkləri tövsiyə olunur.

0
13