Novruz Məmmədov Vyana görüşünü şərh etdi - VİDEO

Novruz Məmmədov Vyana görüşünü şərh etdi - VİDEO

“Biz bununla bağlı öhdəlik götürməmişik”.

Biz Vyana görüşündə gələcək danışıqları davam etdirmək üçün atəşkəs rejimini möhkəmləndirməyə razılıq vermişik.

Oxu.Az-ın xəbərinə görə, bunu ANS TV-yə açıqlamasında PA rəhbərinin müavini Novruz Məmmədov deyib.

Beynəlxalq əlaqələr şöbəsi müdirinin sözlərinə görə, əsas odur ki, bundan sonra atəşkəsə riayət olunsun, təxribat hərəkətləri olmasın və biz iyun ayında danışıqlar prosesinə başlayaq.

PA rəsmisinin həmsədrlərin yaydığı bəyanatda ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mövcud ofisinin səlahiyyətlərinin genişləndirməsi ilə bağlı fikrə münasibəti belə olub:

“Anjey Kasperşikin səlahiyyətində çox böyük dəyişiklik ola bilməz. Orada yazılanlar Minsk qrupunun mövqeyidir, biz bununla bağlı öhdəlik götürməmişik”.

Ermənistan prezidentinin müsahibəsində dediklərinə gəlincə, Novruz Məmmədov deyib ki, Ermənistan tərəfi işğal olunmuş Azərbaycan torpaqlarını BMT TŞ-nın qəbul etdiyi qətnamələrə uyğun olaraq azad etməlidir.

“Bunu nə qədər tez etsə, onlar üçün də yaxşı olacaq”, - deyə N.Məmmədov bildirib. 

0
14