İranla diplomatik əlaqələri kəsdi

İranla diplomatik əlaqələri kəsdi

Maldiv Respublikası hökuməti İranla 40 illik diplomatik münasibətləri kəsdiyini bəyan edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Maldiv Respublikası bu qərarını İranın Yaxın Şərqdə apardığı siyasətinin bölgədə sülh və təhlükəsizliyə zərərli təsir etməsi ilə əsaslandırıb.  

“Assoşieyted Press” qeyd edir ki, 341 min nəfər əhalisi olan  Maldiv Respublikasının bu qərarı İranın çoxdankı rəqibi - Səudiyyə Ərəbistanı ilə sıx əlaqələrini əks etdirir.  Səudiyyə Ərəbistanı ötən il  Maldiv Respublikasında səfirlik açaraq, yerli hökumətə böyük məbləğdə pul subsidiyaları  ayırıb və investisiya sazişlərinə dair danışıqlar aparmağa başlayacaqlar.

0
23