Ukrayna bayrağının rəngləri dəyişilə bilər

Ukrayna bayrağının rəngləri dəyişilə bilər

Ukrayna prezidenti Pyotr Poroşenkoya dövlət bayrağının rənglərini dəyişməyi təklif edilib. APA-nın məlumatına görə, müvafiq petisiya dövlət başçısının saytında qeydə alınıb.

“Dövlət bayrağının rənglərinin “göy səma” və “qızıl zəmi” kimi izahı çox bəsitdir”, - deyə petisiyanın müəllifi Nadejda Kaşitskaya bildirib.

Onun sözlərinə görə, bayrağın rəngləri, əslində, iki ünsürü – od və suyu simvolizə edir. Nadejda Kaşitskaya hesab edir ki,  dövlət bayrağının rənglərinin hazırkı ardıcıllığı – “göy – yuxarıda, sarı – aşağıda” nizamlılığın pozulması, faciə, “su  odu söndürür” mənası verir. Kaşitskaya dövlət bayrağında rənglərin ardıcıllığını dəyişməyi, yəni  “sarının – yuxarıda, göyün isə – aşağıda” olmasını təklif edib. Petisiyanın müəllifi iddia edir ki, məhz bu cür ardıcıllıq əbədi simmetriyanı – qeyd olunan ünsürlərin ilahi harmoniyasını əks etdirir.

Təklifə Poroşenko tərəfindən baxılması üçün petisiyanı 25 min nəfər dəstəkləməlidir.  

0
18