Rikelmeden Messiyə ittiham

Rikelmeden Messiyə ittiham

Argentina milli komandasının keçmiş yarımmüdafiəçisi Xuan Roman Rikelme Messi haqqında fikirlərini bölüşüb. Apasport.az saytının məlumatına görə, “Marka”ya danışan keçmiş futbolçu super ulduzu tək oynamaqda ittiham edib.

“Messi kimi oyunçu başqa heç yerdə yoxdu. Bizim yaxşı oyunçularımız var, o, isə liderdi. Əgər zədələnməsə, Amerika Kubokunu qazana bilərik” – deyə Rikelme bildirib.

“Barselona”nın keçmiş oyunçusu nəyə görə bu vaxta qədər mükafat qazana bilmədiklərinin səbəbini də açıqlayıb: “Ona görə ki, Messi tək oynayır”.

0
30