Nuland Moskvadadır

Nuland Moskvadadır

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nuland bu gün Moskvaya səfər edib. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, səfərin rəsmi hissəsi mayın 18-də başlayacaq.  

“Vioktoriya Nuland artıq Rusiya paytaxtındadır. Bütün görüşlər sabaha planlaşdırılıb”, - deyə ABŞ-ın Moskvadakı səfirliyindən bildirilib.

Dövlət Departamentinin bundan əvvəl yaydığı məlumata görə, 14-16 may tarixlərində Kiyevə  səfər etmiş Viktoriya Nuland Rusiya hökumətinin nümayəndələri ilə görüşlərdə Minsk razılaşmalarının icrasına dair növbəti addımları müzakirə etmək niyyətindədir

Rusiya XİN rəhbəri Sergey Ryabkov, öz növbəsində, görüşlərdə Rusiya-ABŞ münasibətlərinin və Ukraynadakı vəziyyətin müzakirə ediləcəyini bildirib: “Rusiya XİN-də Viktoriya Nuland  XİN rəhbərinin müavini Qriqori Karasinlə və mənimlə görüşəcək”.

Bundan başqa Viktoriya Nulandın bir neçə rəsmi görüşləri nəzərdə tutulub.

0
23