PSJ “Real”ın futbolçusuna görə 80 milyon avro ödəməyə hazırdı

PSJ “Real”ın futbolçusuna görə 80 milyon avro ödəməyə hazırdı

Yarımmüdafiəçi kral klubunun heyətində yerini möhkəmləndirə bilməyib.

Kolumbiyalı yarımmüdafiəçi Xames Rodriqes yay transfer pəncərəsində Fransanın PSJ klubuna keçə bilər.

Oxu.Az xəbər verir ki, parislilər futbolçuya görə “Real”a 80 milyon avro təklif edirlər.

Qeyd edək ki, kral klubu futbolçunu 2014-cü ildə “Monako”dan 75 milyon avroya alıb.

Xames İspaniya çempionatının 2015/16 mövsümündə 26 oyunda meydana çıxıb. Futbolçu bu oyunlarda 7 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Kolumbiyalı nə Rafael Benites, nə də ki Zinəddin Zidanın vaxtında “Real”ın əsas heyətində möhkəmlənə bilməyib.

0
27