Politoloq Lavrovun Sarkisyanın yanında oturmasından yazdı

Politoloq Lavrovun Sarkisyanın yanında oturmasından yazdı

“Ermənistanın Rusiya ilə vassal xarakterli münasibətlərini nəzərə alsaq, bu kifayət qədər inandırıcı görsənir”.

Politoloq Rasim Musabəyov öz Facebook səhifəsində Rusiya XİN rəhbəri Sergey Lavrovun Ermənistan prezidenti Serj Sarkisyanın yanında oturmasından yazıb.

“Vyanada görüşdə Rusiya Xarici İşlər naziri Sergey Lavrov Ermənistan prezidentinin sağ tərəfində oturub. Erməni KİV bu şəkili xəbərlərin manşetinə çıxararaq Moskvanın kimin tərəfində olmasına işarə kimi qiymətləndirib. Lakin bunun digər izahı da var. Lavrov Sarkisyanın yanında onu çətin danışıqlar zamanı istiqamətləndirmək üçün əyləşib. Ermənistanın Rusiya ilə vassal xarakterli münasibətlərini nəzərə alsaq, bu kifayət qədər inandırıcı görsənir”, - politoloq yazıb.

0
14