NATO-nun baş katibi tərəfləri atəşkəsə hörmətlə yanaşmağa çağırıb

NATO-nun baş katibi tərəfləri atəşkəsə hörmətlə yanaşmağa çağırıb

“Tərəflər məsələnin tam həlli yollarını axtarmalıdırlar”.

NATO-nun baş katibi Yens Stoltenberq Dağlıq Qarabağ münaqişəsi zonasında toqquşmaların dayandırılmasını müsbət qiymətləndirib və tərəfləri münaqişənin yenidən gərginləşməsinə yol verməməyə çağırıb.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bu barədə baş katibin bəyanatında bildirilir.

“Mən tərəfləri atəşkəs haqqında sazişə hörmətlə yanaşmağa, təmkinlilik nümayiş etdirməyə və vəziyyətin yenidən gərginləşməsinə yol verməməyə çağırıram”, — deyə məlumatda qeyd olunub.

Stoltenberq bildirib ki, NATO ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyir.

“Tərəflər danışıqlar masasına dönməli və məsələnin tam həlli yollarını axtarmalıdırlar”, — deyə NATO baş katibi əlavə edib.

0
18