Tomas de Vall Vyana görüşü barədə: Nəticələr mənim gözləntilərimi aşdı

Tomas de Vall Vyana görüşü barədə: Nəticələr mənim gözləntilərimi aşdı

“Hələ çox iş görmək lazımdır, ancaq bu, yaxşı başlanğıcdır” - ekspert yazıb.

1995-ci ildən bəri ilk dəfə Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sərkisyan ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin Qarabağ münaqişəsi zonasında atəşkəs rejiminin pozulmasına dair monitorinq missiyasının gücləndirilməsinə dair təkliflərini qəbul etdi.

Oxu.Az Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Qarabağ üzrə nüfuzlu ekspert, Karnegi Fondunun (Britaniya) baş elmi əməkdaşı Tomas de Vall özünün Facebook səhifəsində Vyanada keçirilmiş görüşün nəticələrini şərh edərkən yazıb.

“Nəticələr mənim gözləntilərimi aşdı. 1995-ci ildən bəri ilk dəfə səfir Kasprşikin atəşkəsin pozulmasının monitorinqinə dair missiyanın möhkəmləndirilməsi təklifi qəbul edildi. Və nəhayət insidentlərin araşdırılması mexanizminə dair 2011-ci ildə Rusiya prezidenti Medvedyevin verdiyi  təklifə dair razılaşma əldə olundu”- eksert yazıb.

Tomas de Vall qeyd edib ki, Fransanın itkin düşmüş şəxslərə dair təkliflərinin razılaşdırılmasında da proqress müşahidə edilir. “Hələ çox iş görmək lazımdır, ancaq bu, yaxşı başlanğıcdır” - ekspert yazıb.

0
30