Bağdadda partlayış: 58 nəfər ölüb

Bağdadda partlayış: 58 nəfər ölüb

Bağdadda baş vermiş üç partlayış nəticəsində azı 58 nəfər ölüb.

APA-nın “The Independent” nəşrinə istinadən verdiyi məlumata görə, partlayışlardan biri bazarda olub.

Qadın kamikadzenin partlayıcı qurğunu işə salması nəticəsində 38 nəfər ölüb, 70 nəfər yaralanıb.

Digər partlayış isə paytaxtın cənubunda baş verib. Nəticədə 6 nəfər ölüb, 21 nəfər yaralanıb. Üçüncü partlayış isə 19 nəfərin həyatına son qoyub.

Bazarda baş vermiş partlayışa görə məsuliyyəti İŞİD öz üzərinə götürüb.

0
25