“Aztelekom”un stansiyasında yaranmış texniki nasazlıq həll edilib

“Aztelekom”un stansiyasında yaranmış texniki nasazlıq həll edilib

Gələcəkdə bu cür problemlərin baş verməməsi üçün iki müasir beynəlxalq stansiya qurulur.

Bu gün günorta saatlarında “Aztelekom” MMC beynəlxalq stansiyasında yaranmış texniki nasazlıq mütəxəssislər tərəfindən aradan qaldırılıb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, kanallarda yaranmış problem bu saatlarda abunəçilər tərəfindən zəng etmə cəhdlərinin çox olması səbəbindən xətlərin yüklənməsi ilə bağlı olub.

Bu cür problemlərin gələcəkdə baş verməməsi üçün hazırda IP əsaslı multimedia platforması üzərində iki müasir beynəlxalq stansiya qurulur.

Ən son texniki imkanlara malik stansiyalar paralel işləməklə yanaşı, hər hansı problem yarandığı təqdirdə həmin stansiyalardan biri digərinin trafik yükünü tam şəkildə ödəyə biləcək.

Mövcud olan hazırkı stansiya isə üçüncü stansiya kimi fəaliyyətini davam etdirəcək.

0
22