Papa Azərbaycan xalqını təbrik etdi

Papa Azərbaycan xalqını təbrik etdi

Fransisk İlham Əliyevə məktub yazıb.

Roma Papası Fransisk Azərbaycan Prezidenti İlham Əliyevə 28 May Respublika Günü münasibətilə təbrik məktubu ünvanlayıb.

Oxu.Az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, təbrik məktubunda deyilir:

“Azərbaycanın milli bayramı – 28 May Respublika Günü münasibətilə Sizə və xalqınıza səmimi təbriklərimi çatdırmaqdan məmnunam.

Qadir Allah ölkənizin hər bir vətəndaşının xoşbəxtlik və sülh içərisində yaşamasına yönəlmiş səylərinizin həyata keçməsinə kömək etsin. Uca Yaradandan Zati-alinizə və bütün Azərbaycan xalqına bol-bol xeyir-dua diləyirəm”.

0
24