Azərbaycanlı və erməni idmançılar arasında davanın – TƏFƏRRÜATLARI

Azərbaycanlı və erməni idmançılar arasında davanın – TƏFƏRRÜATLARI

Azərbaycanlılar qorxub qaçan erməniləri tutaraq əzişdiriblər.

Ukraynada keçirilən kunq-fu və uşu üzrə Avropa çempionatında erməni yığma komandası ilə milli komandamızın idmançıları arasında kütləvi dava baş verib.

Oxu.Az Sputnik.az-a istinadən xəbər verir ki, azərbaycanlı döyüşçü Ellər Orucovun döyüşü zamanı erməni idmançısı hakimin komandasına məhəl qoymayaraq, öncə idmançımıza arxadan zərbə endirib, sonra rinqin küncünə tərəf gedərək sekundantlara erməni dilində yüksək tonla nəsə deyib.

Bu zaman idmançılarımız erməniyə yumruqla cavab veriblər. Beləliklə kütləvi dava baş verib. Erməni mətbuatı hadisənin azərbaycanlı idmançıların günahı ucbatından baş verdiyini yazsa da, kunq-fu Federasiyasının baş məşqçisi Ramil Allahverdiyev Sputnik-ə açıqlamasında hadisənin əslində hansı şəraitdə baş verdiyinə aydınlıq gətirib.

Baş məşqçi öncə 12 yaşlı uşağın döyülməsi ilə bağlı iddiaya toxunub: “Ermənilər yalan danışırlar. 12 yaşlı uşaq ukraynalıdır. Biz erməniləri döyən zaman erməni idmançısı qaçmağa başladı və nəticədə uşağı tapdaladı. İndi isə bu hadisəni bizim üstümüzə atmağa cəhd edirlər”.

0
17