Ali məktəblərə keçirilən ilk qəbul imtahanının nəticələri açıqlandı

Ali məktəblərə keçirilən ilk qəbul imtahanının nəticələri açıqlandı

TQDK məlumat yayıb.

2016/2017-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul üçün 15 may tarixində keçirilmiş test imtahanının nəticələrini açıqlanıb. 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Oxu.Az-a verilən xəbərə görə, imtahan vermiş abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri TQDK‑nın internet saytında yerləşdirilib. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər. 

Qeyd edək ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) may ayının 15-də ali təhsil müəssisələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirib. 

İmtahan Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 27 binada aparılıb. 

0
23