Almaniya yığmasının heyəti açıqlandı - SİYAHI

Almaniya yığmasının heyəti açıqlandı - SİYAHI

Avropa çempionatında iştirak edəcək daha bir yığma komandanın heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, turnirin favoritlərindən sayılan Almaniya yığmasının ilkin heyəti müəyyənləşib.

Baş məşqçi Yoahim Löv ilkin heyətə 27 futbolçu dəvət edib. Onlar arasında qitə birinciliyindən kənar qalacağı deyilən Bastian Şvaynştayger də var. Ümumilikdə 27 oyunçudan 10-u legioner həyatı yaşayır.

Löv 4 nəfərin adını ayın sonunda bu siyahıdan çıxarmalı olacaq.

Almaniya yığmasının heyəti:

Qapıçılar: Manuel Noyer (“Bavariya”), Bernd Leno (“Bayer”), Mark-Andre ter Ştegen (“Barselona”, İspaniya)

Müdafiəçilər: Jerom Boatenq, Joşua Kimmix (hər ikisi “Bavariya”), Əmrə Can (“Liverpul”, İngiltərə), Conas Ektor (“Köln”), Benedikt Hövedes (“Şalke”), Mats Hummels (“Borussiya” Dortmund), Şkodran Mustafi (“Valensiya”, İspaniya), Sebastyan Rudi (“Hoffenhaym”), Antonio Rudiger (“Roma”, İtaliya)

Yarımmüdafiəçilər: Sami Xedira (“Yuventus”, İtaliya), Bastian Şvaynştayger (“Mançester Yunayted”, İngiltərə), Məsut Özil (“Arsenal”, İngiltərə), Yulian Draksler (“Volfsburq”), Toni Kroos (“Real”, İspaniya), Mario Getze (“Bavariya”), Kərim Bellarabi (“Bayer”), Yulian Veyql (“Borussiya” Dortmund)

Hücumçular: Andre Şürrle (“Volfsburq”), Tomas Müller (“Bavariya”), Lukas Podolski (“Qalatasaray”, Türkiyə), Marko Roys (“Borussiya” Dortmund), Mario Qomes (“Beşiktaş”, Türkiyə), Yulian Brandt (“Bayer”), Leroy Sane (“Şalke”).

0
26