Ali təhsil müəssisələrinə plan yerlərinin sayı artırılıb

Ali təhsil müəssisələrinə plan yerlərinin sayı artırılıb

Ən çox artım birinci qrupda olub.

Azərbaycanda növbəti tədris ili üçün ali təhsil müəssisələrinə plan yerlərinin sayı artırılıb.

Oxu.Az Report-a istinadən xəbər verir ki, Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, Təhsil Nazirliyi ali təhsil müəssisələrində mövcud olan vakant yerlərə aid sənədi quruma təqdim edib:

“Keçən illə müqayisədə qəbul planı 7 faiz artıb. Plan yerlərinin sayı birinci qrupda 12 faiz, ikinci qrupda 7 faiz, üçüncü qrupda 2 faiz, dördüncü qrupda 6 faiz artıb”.

0
12