Elmar Məmmədyarov Fransaya gedir

Elmar Məmmədyarov Fransaya gedir

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması əsas müzakirə mövzusu olacaq.

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Fransaya səfər edəcək.

Bu barədə Oxu.Az Fransa Xarici İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir. 

Məlumata əsasən, Azərbaycan XİN rəhbərinin mayın 19-da Fransanın xarici işlər naziri Jan Mark Eyro və Avropa məsələləri üzrə dövlət katibi Harlem Desirlə görüşü nəzərdə tutulub

Səfər çərçivəsində  ikitərəfli münasibətlər və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması əsas müzakirə mövzusu olacaq.

0
15