Putinin mətbuat katibi Əliyev-Sarkisyan görüşündən danışdı

Putinin mətbuat katibi Əliyev-Sarkisyan görüşündən danışdı

“Nikbinlik üçün əsas var”.

Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın Vyanadakı görüşünü şərh edən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov təvazökar nikbinlik üçün əsas olduğunu bildirib, Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir.

Jurnalistin iki prezidentin görüşü və “münaqişənin kəskin fazasının arxada qaldığını demək olarmı?” sualına Kremlin nümayəndəsi belə cavab verib:

“Şübhəsiz, bizim xarici işlər naziri zəruri qiymətləndirmələri etdi. Biz ümid etmək istəyirik ki, daha dayanıqlı dövrün davam etməsinə imkan verəcək təvazökar nikbinlik üçün əsas var”.

0
12