Sarkisyan: Erməni tərəfi Qarabağda 800 hektar itirib

Sarkisyan: Erməni tərəfi Qarabağda 800 hektar itirib

İlham Əliyev erməni tərəfini apreldə döyüş əməliyyatlarına başlamaqda ittiham edib.

Erməni tərəfi apreldə Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməsi zamanı Dağlıq Qarabağ ətrafındakı təhlükəsizlik zonasında 800 hektar itirib, lakin vacib olan insanları qorumaq idi və yekunda erməni hərbçiləri bu tapşırığın öhdəsindən gəldilər.

Oxu.Az “İnterfaks-Azərbaycan”a istinadən xəbər verir ki, bunu çərşənbə axşamı Ermənistan prezidenti Serj Sarkisyan bildirib.

“Təhlükəsizlik zonası qismində 800 min hektara nəzarət edən erməni qüvvələri 800 hektar itirdilər. Strateji baxımdan bu ərazilərin heç bir əhəmiyyəti yoxdur, lakin psixoloji baxımdan azərbaycanlılar öz xalqlarını hansısa uğura nail olduqlarına inandıra bilərlər”, - deyə Sarkisyan Vyana danışıqlarından sonra erməni KİV-ə bildirib.

Bununla yanaşı Sarkisyan qeyd edib ki, Vyanada Azərbaycan Prezidenti İlham Əliyev erməni tərəfini apreldə hərbi əməliyyatlara başlamaqda ittiham edib.

O həmçinin bildirib ki, Azərbaycan sərhədyanı insidentlərin araşdırılması üzrə mexanizmlərin tətbiqi haqqında təkliflə razılaşıb.

0
12