Azərbaycandan gətirilən çiyələk Dağıstana buraxılmadı

Azərbaycandan gətirilən çiyələk Dağıstana buraxılmadı

Yükün sahibi inzibati məsuliyyətə cəlb edilib.

Mayın 14-də Dağıstanın “Yaraq-Kazmalar” keçid məntəqəsində dövlət inspektorları Azərbaycandan gətirilən 62 kq çiyələyin ölkə ərazisinə keçirilməsinə icazə verməyiblər.

Oxu.Az xəbər verir ki, bu barədə “İnterdaq”a Rusiyanın kənd təsərrüfatı mallarına dövlət nəzarəti xidmətinin (“Rosselxoznadzor”) Dağıstan Respublikası üzrə İdarəsinin nümayəndəsi bildirib.

Yükün sahibinin giləmeyvənin fitosanitar tələblərə müvafiq olduğunu təsdiqləyən fitosanitar sertifikatı olmayıb, bu isə məhsulun saxlanılmasına əsas olub.  

Yükün sahibi Rusiya Administrativ hüquq məcəlləsində nəzərdə tutulmuş maddə 10.2 üzrə “karantin məhsullarının ölkə ərazisinə gətirilməsi və ölkə ərazisindən çıxarılması qaydaları”nı pozduğu üçün inzibati məsuliyyətə cəlb edilib.

0
14