Direktor vəzifəsini müvəqqəti icra edən müəllimə töhmət verildi

Direktor vəzifəsini müvəqqəti icra edən müəllimə töhmət verildi

Nizam-intizam qaydalarına riayət etməyib.

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin əmrinə əsasən şəbəkəsinə daxil olan 4 nömrəli uşaq musiqi məktəbinin direktoru vəzifəsini müvəqqəti icra edən Qocayeva Aybəniz Cümşüd qızına vəzifə və öhdəliklərini tam icra etmədiyi üçün töhmət verilib.

İdarədən Oxu.Az-a verilən xəbərə görə, intizam tənbehlərinin verilməsi idarənin tabeliyində olan mədəniyyət müəssələrində əmək fəaliyyətinin iş prinsiplərinə uyğun səmərəli qurulması və nizam-intizam qaydalarına riayət edilməsi məqsədi ilə bağlıdır.

Aytən Sadıqzadə

0
30