Maşınında diri-diri yandırılan oğlan öldü

Maşınında diri-diri yandırılan oğlan öldü

Cinayət işi açılıb.

Mayın 8-nə keçən gecə Bərdə rayonunun Piyadalar kəndinin qəbiristanlığında naməlum şəxslər tərəfindən döyülərək özünə məxsus VAZ 2107 markalı avtomobildə yandırılan 24 yaşlı Salman Bayramov xəstəxanada ölüb.

Oxu.Az xəbər verir ki, Lent.az-ın əldə etdiyi məlumata görə, həkimlərin səyinə baxmayaraq ağır xəsarətlər almış gəncin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci maddəsinin bir neçə bəndi və 186-cı maddəsi ilə cinayət işi açılıb. Hadisəni törədən şəxslərin axtarışları davam etdirilir.

Dəhşətli qətl hadisəsi ilə bağlı başlanmış cinayət işinin istintaqı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparacaq.

0
17