Sarkisyan Vyana görüşündən sonra: Müharibə ən yaxşı həll deyil

Sarkisyan Vyana görüşündən sonra: Müharibə ən yaxşı həll deyil

“İstənilən halda, biz hər şeyə hazırıq”.

Ermənistan prezidenti Serj Sarkisyan Vyandan Yerevana gələrkən təyyarədə jurnalistlərə müsahibə verərək ATƏT-in Minsk qrupunun təşəbbüsü ilə təşkil edilmiş Vyana səfərinin yekunlarını bildirib.   

O, Yerevanın Qarabağ münaqişəsinin dinc yolla həllinə göstərdiyi səylərdən danışıb, Oxu.Az “İnterfaks-Azərbaycan”a istinadən xəbər verir.

“Görüşə gedən tərəflərdən hər biri öz məqsədlərini güdür. Bizim məqsədimiz danışıqların həqiqətən də dalana dirənməsi və müharibədən başqa yolun olmadığı yaxud problemi az itkilərlə həll edə bilmək imkanın mövcudluğunu aydınlaşdırmaqdan ibarət idi”, - deyə, Sarkisyan Vyanadan Yerevana qayıdarkən erməni KİV-ə bildirib.

“Ümumilikdə mən və mənim həmkarlarım görüşün nəticələrindən razıyıq. Şəraitdən çıxış edib, xırdalıqlara getməyə ehtiyac yoxdur. Əliyev (Azərbaycan Prezidenti İlham Əliyev – red.) əmin edib ki, onun ölkəsi və şəxsən onun hərbi hərəkətlərlə hansısa məsələnin həllinə nail olmaq məqsədi yoxdur”, - deyə, Ermənistan prezidenti bildirib.

“Bu yaxşıdır və kiçik bir inam gətirir. Belə söhbətlər dəfələrlə olsa da, əslində bir neçə ildir ki, razılaşmaya əməl edilmir. Lakin biz öz gümanlarımız yaxud proqnozlarımızı əldə rəhbər tuta bilmərik, çünki müharibə ən yaxşı həll deyil”, - deyə, S. Sarkisyan bildirib.

“Baxaq görək hadisələr necə inkişaf edəcək. İstənilən halda, biz hər şeyə hazırıq. Əlbəttə, arzumuz bunun sülh yolu olmasıdır”, - deyə, Ermənistan prezidenti vurğulayıb.

O həmçinin qeyd edib ki, Vyanada Ermənistan və Azərbaycan prezidentlərinin yeni görüşündən söhbət gedib.

“Biz konstruktiv təklif irəli sürdük. Söhbət ATƏT-in Minsk qrupu həmsədrlərinin atəşkəsin qorunması istiqamətində monitorinqinin təsdiqlənməsindən getdiyi üçün biz təklif etdik ki, bu monitorinq bizim görüşümüzədək təsdiqlənsin.

Bu, tərəflərin nümayiş etdirdiyi konstruktiv yanaşma olacaq”, - deyə, Sarkisyan qeyd edib.

0
19