Bakıda qadını bıçaqla hədələyib maşınını əlindən alıdılar

Bakıda qadını bıçaqla hədələyib maşınını əlindən alıdılar

Avtomobil Şərifzadə küçəsində hərəkətdə olarkən aşkar edilib.

Bakıda qadına məxsus avtomobil qaçırılıb.

Oxu.Az xəbər verir ki, Xətai rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Bayramov küçəsində qeydə alınıb. 

Bakı şəhər sakini Sevda Rəfiyeva “Kia” markalı avtomobilinə oturarkən naməlum şəxs bıçaqla onu hədələyib nəqliyyat vasitəsini ondan alaraq hadisə yerini tərk edib.

Avtomobil Şərifzadə küçəsində hərəkətdə olarkən aşkar edilib və görülmüş tədbirlərlə saxlanılıb.

Hadisəni törədən Bakı şəhər sakinləri Orxan Xıdırov və Aleksandr Semyonov tutulublar.

0
11