Fatimə Amerikadan mükafatla qayıtdı

Fatimə Amerikadan mükafatla qayıtdı

Azərbaycanın tanınmış rəqqasəsi Fatimə Fətəliyeva Amerikadan Bakıya qayıdıb. Lent.az-a açıqlama verən ifaçı bildirib ki, Amerikada möhtəşəm konsert proqramında çıxış edib və mükafatlar qazanıb: “Bu günə qədər dünyanın müxtəlif ölkələrində Azərbaycan milli rəqsini layiqli şəkildə təqdim etmişəm. Bununla da hər zaman qürur duymuşam. Müxtəlif ölkələrdə olsam da, bu mənim Amerikaya ilk səfərim idi. Bizi orada çox gözəl qarşıladılar. Amerikada özümə yeni dostlar qazandım. Konsertə gəlincə, hər şey çox gözəl və peşəkar şəkildə təşkil edilmişdi. Həmin konsertdə “Sarı gəlin” rəqsimlə yanaşı, daha üç rəqsimi nümayiş etdirdim. Çıxışım alqışlarla qarşılandı. Çıxışım gözəl qarşılandığına görə, mənə mükafatlar da verdilər. Bütün bunlara görə konsertin təşkilatçısı Frida xanıma təşəkkür edirəm. Gecədə sənətçi dostum Rüfət Axundovun da möhtəşəm çıxışı oldu. Onunla birgə yola çıxmaq mənim üçün xoş oldu. Amerikada az vaxt olsa da, gəzə bildik”.

0
18