Elmar Məmmədyarov Lavrovun bəyanatına cavab verdi

Elmar Məmmədyarov Lavrovun bəyanatına cavab verdi

“Substantiv danışıqlara mümkün olan ən tez bir zamanda başlamaq lazımdır”.

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Rusiyanın XİN rəhbəri Sergey Lavrovun  Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın Vyanada keçirilən görüşünün yekununa dair bəyanatına münasibət bildirib. 

Bu barədə Oxu.Az-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

“Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun qiymətləndirməsi ilə razıyam ki, dünən keçirilmiş danışıqlar münaqişənin həllinə dair bəlli olan mərhələli yanaşma əsasında substantiv danışıqlara başlamaq üçün yaxşı imkanlar yaradır.

Bu danışıqlar mümkün olan ən tez bir zamanda başlamalı və regionun əhalisi və beynəlxalq ictimaiyyətin çoxdan gözlədiyi əsaslı nəticələr hasil edilməlidir”, - deyə E.Məmmədyarov bildirib.

0
10